Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Konyadadır

© Sputnik / Ilham MustafayevAğstafa rayonunda Qaltan dərəsi
Ağstafa rayonunda Qaltan dərəsi - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
General-leytenant R.Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.

BAKI, 31 may — Sputnik. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov "Anatolian Phoenix-2021" təliminin "Yüksək müşahidəçi günü"ndə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərinə gəlib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində təlimdə iştirak edən ölkələrin HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

General-leytenant R.Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.

HHQ komandanı təlimə cəlb olunan Azərbaycan Ordusunun nümayəndələri ilə görüşüb və onlara təlimdə uğurlar arzulayıb.

 

Xəbər lenti
0