İnsanlar 150 yaşına qədər yaşaya bilər

© REUTERS / JON NAZCAПожилые люди в масках, фото из архива
Пожилые люди в масках, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Araşdırmada ABŞ və İngiltərədəki minlərlə könüllünün bir ayfon tətbiqi ilə toplanan qan nümunələri və gündəlik addım saylarından istifadə edilib.

BAKI, 30 may — Sputnik. Elm adamlarının son araşdırmaları göstərir ki, insanlar 150 yaşına qədər yaşaya bilər.

Araşdırma Silikon Vadisi milyarderlərinin özlərini ölməz etmək ümidlərini də puça çıxarıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 150 yaşın hər hansı bir sağlam insan orqanizminin davam etdirə biləcəyi "mütləq hədd" olduğunu bildiriblər.

Araşdırmada ABŞ və İngiltərədəki minlərlə könüllünün bir ayfon tətbiqi ilə toplanan qan nümunələri və gündəlik addım saylarından istifadə edilib.

Alimlər, qan hüceyrələrinin sayını və gündəlik addım saylarını analiz edərək, bədənin stresdən qurtulmasının nə qədər vaxt apardığını ölçüblər.

Süni intellektdən istifadə edərək bədənin azalan "dayanıqlığını" ölçülməsi onun dayanıqlılığının azalacağını və dəyişikliklərə tab gətirməyəcəyini göstərib. Bildirilir ki, yaşlanma özünü "funksional azalma" kimi göstərir və "dayanıqlılıq" 120-150 yaş aralığında itirilir. Bu da insan ömrünün mütləq həddini göstərir.

Xəbər lenti
0