Ukrayna səfiri oteldə ölü tapılıb: Onu zəhərləyiblər?

© Sputnik / Strinqer / Mediabanka keçidUkrayna bayrağı, arxiv şəkli
Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Oğlu ötən gün atasının özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.

BAKI, 30 may - Sputnik. Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə vəfat edib.

RİA Novosti-nin yazdığına görə, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində müəyyən edilib. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.

Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.

Qeyd edək ki, 45 yaşlı A. Beşta 2015-ci ildə Tailanda səfir təyin edilib. Bundan əvvəl diplomat karyerası ərzində BMT və digər beynəlxalq təşkilatlardakı Ukrayna nümayəndəliklərində, o cümlədən Ukraynanın Tailanddakı səfirliyində məsləhətçi kimi çalışıb.

 

 

Xəbər lenti
0