Kanada tarixinin daha bir utanc səhifəsi ilə üzləşməli oldu

© AFP 2024 / Cole BURSTONKanada polisi, arxiv şəkli
Kanada polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Kanandanın Birinci Millət muzeyinin mütəxəssisləri və araşdırmaçıları isə hələlik məlum olmayan ölüm səbəblərini və vaxtlarını təyin etmək üçün çalışır.

BAKI, 30 may — Sputnik. Kanadada yerli insanları assimilyasiya etmək üçün yaradılmış keçmiş internat məktəbində 215 uşağın qalıqları  olan kütləvi məzarlıq tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, uşaqların 1978-ci ildə bağlanmış Britaniya Kolumbiyasındakı Kamloops hindu internat məktəbinin tələbələri olduğu güman edilir.

Kanada Baş naziri Castin Trudeau bunu ölkə tarixinin utanc verici bölməsi və ağrılı xatirə adlandırıb.

Kanandanın Birinci Millət muzeyinin mütəxəssisləri və araşdırmaçıları isə hələlik məlum olmayan ölüm səbəblərini və vaxtlarını təyin etmək üçün çalışır.

Keçmiş Britaniya Kolumbiyasının Kamloops şəhərindəki icma rəhbəri Rosanne Kasimir deyib ki, ilkin tapıntılar məktəb administratorları tərəfindən heç vaxt sənədləşdirilməyən ağlasığmaz itkiləri göstərir.

Qeyd edək ki, 19-20-ci əsrlərdə Kanadanın yerli sakinləri üçün təşkil edilmiş məcburi internat məktəbinin idarəetməsi hökumət və din xadimlərinin səlahiyyətində olub. Məktəbin yaradılmasında məqsəd yerli gənclərin assimilyasiya edilməsi olub.

Xəbər lenti
0