Gürcüstan parlamentində azərbaycanlı deputatlarının sayı artıb

© AFP 2023 / VANO SHLAMOVПарламент Грузии
Парламент Грузии - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Qonşu ölkənin X çağırış parlamentində indiyədək iki soydaşımız kürsü tutub. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir.

BAKI, 30 may - Sputnik. Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) parlamentə daxil olmaq barədə bugünkü qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, üçüncü deputat VMHP-nin təmsil olunduğu "Güc birlikdədir" birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılovdur.

Qonşu ölkənin X çağırış parlamentində indiyədək iki soydaşımız kürsü tutub. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir.

Qeyd edək ki, VMHP qanunverici orqanda 36 mandat əldə edib. Seçkilərdə partiyanın siyahısında ilk yerdə məşhur gürcü aktyor və müğənni Vaxtanq Kikabidze olub. Onun parlamentdə təmsil olunub-olunmayacağı hələ məlum deyil.

Xəbər lenti
0