CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın dövlət himninin sözlərini yazan şairin ata yurdu uçub

© Sputnik / Ilham MustafayevƏhməd Cavadın kəndidən reportaj
Əhməd Cavadın kəndidən reportaj - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
İstiqlal şairi Əhməd Cavadın ata-baba yurdu hesab edilən ərazidə köhnə, qəzalı vəziyyətdə olan və heç kimin yaşamadığı bir ev var.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. "Ümid edək ki, tezliklə şairi sevənlər Mehrili kəndinə gələndə onun yurd yerində Əhməd Cavad adı ilə bağlı heç olmasa bir tikili, yazı lövhəsi və ya bir abidə görəcəklər".

İki il əvvəl Sputnik Azərbaycan-ın İstiqlal şairi Əhməd Cavadın ata-baba yurdundan hazırladığı yazı bu sözlərlə bitirdi. Lakin üzərindən iki il keçməsinə baxmayaraq, burada yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə bütün bölgədə himnimizin müəllifinin ata-baba yurdu kimi tanınan ərazidə tikilən ev daha da bərbad vəziyyətə düşərək bir hissəsi uçub. Belə davam edəcəyi təqdirdə şairin ata-baba yurdundan da heç bir əsər-əlamət qalmayacaq.

© Sputnik / Ilham MustafayevƏhməd Cavadın Şəmkir rayonunun Mehrli bələdiyyəsində ata-baba yurdu hesab edilən ərazidə ev
Azərbaycanın dövlət himninin sözlərini yazan şairin ata yurdu uçub - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Əhməd Cavadın Şəmkir rayonunun Mehrli bələdiyyəsində ata-baba yurdu hesab edilən ərazidə ev

Azərbaycan himninin müəllifi Əhməd Cavad indiki Şəmkir rayonunun Mehrli bələdiyyəsində anadan olub. Hazırda onun ata-baba yurdu hesab edilən ərazidə köhnə, qəzalı vəziyyətdə olan və heç kimin yaşamadığı bir ev var. Bir çoxları buranı şairin doğulduğu ev kimi təqdim edirlər. Lakin sakinlər sadəcə bu evin yerləşdiyi həyətdə bir vaxtlar onun evi olduğunu bildiriblər. O, repressiya qurbanı olduqdan sonra yaşadığı ev dağıdılıb. Bu haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakini Sabir Əliyev danışıb:

© Sputnik / Ilham Mustafayev
Əhməd Cavadın Şəmkir rayonunun Mehrli bələdiyyəsində ata-baba yurdu hesab edilən ərazidə ev - Sputnik Azərbaycan
1/5
Əhməd Cavadın Şəmkir rayonunun Mehrli bələdiyyəsində ata-baba yurdu hesab edilən ərazidə ev
© Sputnik / Ilham Mustafayev
Əhməd Cavadın Şəmkir rayonunun Mehrli bələdiyyəsində ata-baba yurdu hesab edilən ərazidə ev - Sputnik Azərbaycan
2/5

3/5

4/5

5/5

"Repressiya qurbanı olduqdan sonra şairin evinə heç kim yaxın düşə bilmədi. Baxımsız qalan ərazi ötən əsrin 50-ci illərində Qəmbər adlı kənd sakininə ev yeri kimi verilib və hazırda da həmin kişinin övladlarının mülkiyyəti sayılır. Uzun müddətdir onlar burada yaşamadığından, ev uçub-dağılıb, qəzalı vəziyyətə düşüb".

Sənədlərdə ərazinin başqa adama məxsusluğu deyilsə də, himnimizin müəllifinin dogma kəndində adını daşıyan yazı, barelyef və ya büstü hələ də yoxdur.

Xəbər lenti
0