CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibənin Tərtərdə təhsilə vurduğu ziyan aradan qaldırılır

© Sputnik / Emin AlisahibTərtərdə ziyan dəymiş məktəblər bərpa olunur
Tərtərdə ziyan dəymiş məktəblər bərpa olunur - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Abunə olmaq
44 günlük Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonun atəşə turulması nəticəsində yararsız vəziyyətə düşmüş təhsil ocaqları bərpa edilir.

BAKI, 29 may — Sputnik, Emin Əlisahib. Ötən il sentyabrın 27-dən başlayaraq, 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəyib. 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşüb. Tərtər rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov deyir ki, artıq həmin məktəblərdə təmir işlərinə başlanılıb: “Tərtər rayonunda 44 günlük Vətən müharibəsi dövründə 18 ümumtəhsil məktəbimiz düşmənin mərmi atəşinə məruz qalmışdı. Sinif otaqları, binalar tamamilə dağıdılmışdı. Artıq 14 məktəb binasında təmir bərpa işləri aparılıb və istifadəyə verilib. Həmin məktəblərdə artıq əyani tədris bərpa olunub. 2 məktəb binasında Qapanlı və Evoğlu kənd məktəbində isə təmir bərpa işləri davam etdirilir.

© Sputnik / Emin AlisahibTərtərdə ziyan dəymiş məktəblər bərpa olunur
Müharibənin Tərtərdə təhsilə vurduğu ziyan aradan qaldırılır - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Tərtərdə ziyan dəymiş məktəblər bərpa olunur

Məhərrəmov bildirir ki, 2 məktəb binası tamamilə dağıldığı üçün yeni məktəb binaları tikiləcək. Hazırda mütəxəssislər tərəfindən qiymətləndirmə işləri aparılır. Həmin məktəblərin şagirdləri isə digər məktəblərə yönləndirilib: “İşlər sürətli şəkildə aparılır, yeni dərs ilində artıq məktəb binaları tam istifadəyə veriləcək. 2 məktəb binası Tərtər rayon Şıxarx 1 saylı və Tərtər şəhər 5 saylı məktəb binası tamamilə dağıldığı üçün yeni məktəb binalarının tikilməsi nəzərdə tutulub. Şıxarx 1 saylı məktəb üçün 96 yerlik yeni modul tipli məktəb, şəhər 5 saylı məktəb üçün isə 430 yerlik yeni məktəb binası inşa ediləcək”.

Vətən müharibəsi zamanı ən çox ziyan görmüş məktəblərdən biri də Tərtərin keçmiş cəbhə kəndi olan Qapanlı kənd tam orta məktəbidir. Məktəbin direktoru Fitat Əliyeva deyir ki, hazırda məktəbdə təmir bərpa işləri sürətlə davam etdirilir:

1/5
2/5
3/5
4/5
5/5
1/5
2/5
3/5
4/5
5/5

“44 günlük Vətən müharibəsində Tərtərin əksər yerlərində olduğu kimi bizim də məktəbimiz çox böyük təcavüzə məruz qaldı. Məktəb binası artilleriya atəşinə tutulduğundan binaya çox ciddi ziyan dəydi. Erməni hərbi birləşmələri tərəfindən atılan mərmilər birbaşa məktəbin idman zalının üzərinə düşmüşdü. Bütün dam örtüyünü tamamilə dağıtmışdı. Eyni zamanda kitabxananı, akt zalını, sinif otaqlarını dağıtmışdı. Hazırda sürətli şəkildə təmir işləri gedir. Məktəb binasının, idman zalının, kitabxananın və akt zalının dam örtüyü tamamilə dəyişilib. Sinif otaqlarının hamısında qəlpə yerləri var idi, qapıları və pəncərələri dağılmışdı. İndi pəncərələr və qapılar yenisi ilə əvəz olunub təmir olundu. Hazırda idman zalında təmir işləri gedir”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna 16 mindən çox mərmi atılıb. 40-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb. Rayon ərazisinə 21 ədəd qadağan olunmuş “Smerç” raketi atılıb. 4000 obyektə, 2000 fərdi yaşayış evinə və 18 məktəb binasına ciddi ziyan dəyib.

Xəbər lenti
0