Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda kişi öz evini yandırdı

© Sputnik / Ibrahim HashimovQaxda yanğın
Qaxda yanğın - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Xəbərlərə abunə olun
Şəhər sakini Ramin Abdullayevin 1 mərtəbəli 3 otaqlı evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

BAKI, 29 may – Sputnik, İbrahim Həşimov. Gecə saatlarında Qax rayonunun mərkəzində, Hürü Tağıyeva küçəsi 37 ünvanında yanğın baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, 42 yaşlı Ramin Abdullayev öz evini yandırıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

© Sputnik / Ibrahim HashimovQaxda yanğından sonra ev
Qaxda kişi öz evini yandırdı - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Qaxda yanğından sonra ev

Alov ram edilib və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Lakin Ramin Abdullayevə məxsus ümumi sahəsi 81 kv/m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyaları tamamilə yanıb.

Şahidlərin verdiyi məlumata görə, evi Ramin Abdullayev özü yandırıb. Xeyli müddətdir onun ailəsində problem olub. Bir neçə gün əvvəl isə həyat yoldaşını döyərək evdən qovub. Dünən axşam saatlarında isə evi yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала