Şənbə günü, mayın 29-da, Azərbaycan Prezidenti İlham ƏLiyevin iştirakı ilə Bakı Metropoliteninin yeni stansiyası - "8 Noyabr" stansiyasının açılışı olub.
“8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metro stansiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər.
“Sərnişinlər stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovazğzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının bənövşəyi xəttindən Yaşıl xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”, - Metropolitendən bildiriblər.
Ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir.
Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir.
Sputnik Azərbaycanın fotolentində yeni stansiyanın içəridən necə göründüyünü izləyə bilərsiniz.