Rəşad Ötükən Dövlət Neft Şirkətində qaynaqçı vəzifəsində çalışır. Ötükən - Orta Asiyada yerləşən dağ adıdır. Bu adı özünə təxəllüs götürən Rəşad qərara gəlib ki, Orta Asiya və etno tərzdə işlərini təqdim etsin. Bu, şaman tərzinə də yaxındır.
Rəşad müsahibəsində bildirib ki, uşaqlıqdan əl işlərinə maraq göstərir. İlk dəfə daş və odunla işləməyə başlayıb, sonra isə metalla maraqlanıb. Diqqətini çəkən bıçaqların qiyməti münasib olmadığına görə özü bıçaq hazırlamaq qərarına gəlib.
İlk işləri uğurlu alındığı üçün bunu hobbiyə çevirib. Hazırladığı bıçaqlara uyğun qab tapmadığından qınları da özü düzəltmək qərarına gəlib. Beləliklə də işlədiyi materiallar sırasına dəri əlavə olunub.
Onun bir işi digərindən seçilir. İstəsə belə, bir məmulatın sırf eynisini hazırlaya bilmir.