CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çəhrayı, ətirli cənnət: gündə üç saat içində həm pul, həm xoşbəxtlik qazanırlar - FOTO

© Sputnik / Ibrahim HashimovZaqatalada qızılgülün yığımı
Zaqatalada qızılgülün yığımı - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Zaqatala 1 kiloqramının qiyməti 13 min manat civarında olan məhsulu ilə məşhurdur. Cəmi 20-25 gün çəkən yığım prosesi qoxuya allergiyası olmayan işçilər üçün əsl həzzdir. Gül plantasiyasında nələr baş verdiyini Sputnik Azərbaycan-ın bölgə müxbirinin reportajında oxuyun.

BAKI, 27 may — Sputnik, İbrahim Həşimov. Zaqatala rayonunun təbiəti, torpaq örtüyü gülçülük üçün çox əlverişlidir. Elə tarixi gülçülük ənənələrinə görə də Zaqatala “Qızılgüllər diyarı” adını qazanıb. Ötən əsrin 60-cı illərindən etibarən gül istehsal edən Zaqatalada sonradan bu peşəyə maraq azalmışdı. Lakin 2016-cı ildə bu sahə yenidən bərpa edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu il rayon ərazisində 150 hektar sahədə yağlılıq əmsalının çoxluğuna görə ən keyfiyyətli sortlardan hesab olunan “Rose Damascana” növ qızılgül yetişdirilir. Hazırda gül plantasiyalarında tədarük aparılır. Tam məhsuldarlığa düşən sahələrdən gün ərzində 40-45 tonadək qızılgül toplanır. Aqronom Abdulla Qurbanovun sözlərinə görə, bu il məhsuldarlıq daha yüksəkdir.

© Sputnik / Ibrahim HashimovZaqatalada qızılgülün yığımı
Çəhrayı, ətirli cənnət: gündə üç saat içində həm pul, həm xoşbəxtlik qazanırlar - FOTO - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Zaqatalada qızılgülün yığımı
“Bu il 29 apreldən qızılgül yığımına başlamışıq. Gül yığımı mövsümü cəmi 20-25 gün çəkir. Ən çox məhsulu 2 gün əvvəl toplamışıq. Həmin gün 45 ton qızılgül yığmışıq. Ötən il ümumilikdə 436 ton gül toplamışdıq. Ondan da 121 kiloqram yağ almışıq. Builki qızılgül planımız 550 tondur. Ondan da 150 kiloqram yağ almağı planlaşdırmışıq”.

Qızılgül plantasiyalarında səhər saatlarında cəmi 3 saat yığım aparılır. Gül plantasiyalarında məhsulun məhv olmaması və optimal müddətdə yığımın başa çatması üçün mövsüm ərzində 1000 nəfərə yaxın işçi cəlb olunur. Zaqatala sakini olan Bahar Hüseynzadə də hər il yığımda iştirak edir.

“Hər gün saat 6-da sahəyə gəlirik. Gün qızana kimi gülü yığıb təhvil verməliyik. Gün ərzində 35-40 kiloqrama yaxın gül yığa bilirəm. Mənim üçün çox rahatdır”, - deyə B. Hüseynzadə bildirib.

© Sputnik / Ibrahim HashimovZaqatalada qızılgül tarlası
Çəhrayı, ətirli cənnət: gündə üç saat içində həm pul, həm xoşbəxtlik qazanırlar - FOTO - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Zaqatalada qızılgül tarlası

Rayon sakini Güldanə Serova isə bu ayın əvvəlində gül yığmağa başlayıb.

“Gül yığmağın qaydasını tez öyrəndim. Açılmayan gülü toplamaq olmaz, quru-quru yığmaq olmaz. Gül şehli-şehli yığılmalıdır ki, keyfiyyəti azalmasın. Saat 6-da başlayırıq, 11-ə kimi sahədən çıxmalıyıq. Hər gün 35-40 kiloqram gül təhvil verirəm. Çox sevirəm bu işi. Gül sahəsində həm ətir adamı bihuş edir, həm də insan özünü xoşbəxt hiss edir”, – deyə G.Serova vurğulayıb.

Dünya bazarında gül yağına tələbat olduqca yüksəkdir. Buna görə də istehsal zamanı gül yağının keyfiyyət göstəricilərinin aşağı düşməməsi üçün istehsalatın hər mərhələsinə xüsusi diqqət göstərilir və orqanik məhsul əldə edilir. Ən vacib məsələ isə məhsulun düzgün tədarük edilərək emala çatdırılmasıdır. Toplanan gül efir yağlarının alınması üçün həmin ərazidə yerləşən efir yağları istehsalı müəssisəsinə göndərilir. 1 hektar ərazidən 3-3,5 ton gül ləçəyi yığılır ki, ondan da 1 kiloqram qızılgül yağı əldə edilir. Texnoloq Təbriz Abdullayev deyir ki, emal sexində də hər addıma xüsusi diqqət yetirilməli və distillə prosesləri ardıcıllıqla icra edilməlidir.

© Sputnik / Ibrahim HashimovZaqatalada qızılgülün yığımı
Çəhrayı, ətirli cənnət: gündə üç saat içində həm pul, həm xoşbəxtlik qazanırlar - FOTO - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Zaqatalada qızılgülün yığımı

“Emal sexindəki distillə aparatlarında güllər distillə edilir. Ardınca da gül ləçəkləri qazanlara yığılır və yenidən distillə edilərək tankerə vurulur. Sonra isə aparatlarda gül yağı alınır. Hazırda emal pik həddə çatıb, gün ərzində 40-45 ton gül sexə daxil olur. Bu səbəbdən də emal sexində işi 3 növbəli təşkil etmişik”.

Qızılgül yağı ətriyyat və farmakologiya sahələrində daha çox istifadə olunur. Dünya bazarında bu yağa tələbat çox yüksəkdir və 1 kiloqramının qiyməti 13 min manat civarındadır.

Eləcə də oxuyun:

  • Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO
  • Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
  • Çıxıblar yenə də dizə - LALƏLƏR
  • Çiçəkli meyvə bağlarında tovuz quşları və flaminqolar gəzir - Bakıda istirahət edin
  • Türkiyəyə milyonlar qazandıran o “əjdaha”dan niyə bizdə yoxdur?!
Xəbər lenti
0