Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gündə qovrulub, qışda şaxtadan dona-dona qoyun otarıb pul qazanan qızcığaz

Abunə olmaq
13 yaşlı qızcığaz hər gün sübh tezdən qoyun-quzularla 2 saatlıq yol qət edərək magistral yolun kənarındakı otlaq sahəsinə gedir, ayda bir neçəsini satmaqla pul qazanıb ailəni dolandırır. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

 

Yeniyetmə qız müsahibəsində bildirib ki, təxminən 5 il əvvəl ailəsi qoyunları alıb, zamanla balaları olduqca sayları da artıb. Bir qədər bizə valideynləri haqda da danışır. Qardaşının 6, bacısının isə 10 yaşı var: "Anam evdar qadındır, işləmir, sağlamlığı yerindədir. Atam da elə evdə olur. Nə bilim, çətindir...

Çoban olmaq, heyvanlarla işləmək çox çətindir. Səhər yeddinin yarısından axşam yeddinin yarısınadək bütün günü onların arxasınca qaçıram, bir də görürsən ki, maşın yoluna çıxırlar". Hava şəraiti ilə əlaqədar olaraq çox çətinliyim olur, yağış, qar, külək, soyuq...Çətindir".

Elə bu çətinliyin nə olduğunu biz də orada olduğumuz yarım saat ərzində gözəl başa düşdük... Qumu udmuşduq, dişlərimizin arasında belə necə xırıldadığını artq hiss edirdik, gündən qovrulmuşduq, havanın küləkli olmasına baxmayaraq...

Yeniyetmə qız hazırda 5-ci sinifdə oxuyur, deyir ki, yaşıdları ona qoyun otardığı üçün pis baxırlar: "Bəzən yaşıdlarım məni özlərindən seçirlər, heyvan otardığım üçün... Deyirlər ki, qız qoyun otarmaz.

Mən də yaşıdlarım kimi oynamaq, onlar kimi gəzmək, əylənmək istəyərdim.

 

Xəbər lenti
0