BAKI, 27 may - Sputnik. Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan vəzifəsindən istefa verib.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında yazıb.
Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, bu postda Zohrab Mnatsakanyanı əvəz etmişdi. Onların hər ikisi ölkə rəhbərliyi ilə fikir ayrılıqları fonunda vəzifədən ayrılıb.
Ayvazyan nazir olmamışdan əvvəl Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri olub.