CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaBakı avtovağzalından reportaj
Bakı avtovağzalından reportaj - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir.

BAKI, 27 may — Sputnik, Zülfiyyə Quluyeva. Bir ildən çoxdur ki, bağlı qalan Bakı Beynəlxalq Avtovağzal Kompleksi nəhayət ki, mayın 31-dən öz qapısını rayonlararası və şəhərlərarası səyahət edən sərnişinlərin üzünə açacaq. Bu gün Bakı Beynəlxalq Avtovağzalında keçirilən mətbuat konfransı da elə pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımanın necə həyata keçiriləcəyinə həsr olunmuşdu.

© Sputnik / Zulfiyya GuluyevaBakı avtovağzalında tibb otağı
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Bakı avtovağzalında tibb otağı

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. Onun sözlərinə görə, artıq Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları və sərnişin gözləmə zalları dezinfeksiya olunur.

© Sputnik / Zulfiyya GuluyevaKassa
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Kassa

Nuridə Allahyarova bildirib ki, Bakı və 56 regionun avtovağzallarında hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq. Amma hərarəti olan sərnişinlərin biletləri geri qaytarılacaq: "Pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilsə də, nəzərə almalıyıq ki, pandemiya başa çatmayıb. Ona görə də, bilet alan sərnişinlərin hərarəti ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Biletləri isə geri qaytarılacaq, yaxud da başqa günə dəyişdiriləcək".

© Sputnik / Zulfiyya GuluyevaBakı-Şuşa avtobusu
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Bakı-Şuşa avtobusu

N.Allahyarova deyib ki, avtobuslarda sərnişinlər arasında ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra kondisionerlər işə salınacaq.

© Sputnik / Zulfiyya GuluyevaAvtobus sürücüsü
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Avtobus sürücüsü

Qurum sözçüsü onu da bildirib ki, mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir. Onun sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması planlaşdırılır: "Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edir. Yay ərzində rəqəmlərin artacağı gözlənilir".

© Sputnik / Zulfiyya GuluyevaAvtobusun dezinfeksiyası
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşımaya belə hazırlaşır - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Avtobusun dezinfeksiyası

N.Allahyarovanın sözlərinə görə, sərnişindaşımada gediş haqqı qiymətlərində heç bir dəyişiklik olmayacaq.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı avtovağzalında avtobus - Sputnik Azərbaycan
1/5
Bakı avtovağzalında avtobus
© Sputnik / Zulfiyya Guluyeva
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova - Sputnik Azərbaycan
2/5
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova
© Sputnik / Zulfiyya Guluyeva
Bakı avtovağzalında - Sputnik Azərbaycan
3/5
Bakı avtovağzalında
© Sputnik / Zulfiyya Guluyeva
Bakı avtovağzalında dezenfeksiya vasitələri - Sputnik Azərbaycan
4/5
Bakı avtovağzalında dezenfeksiya vasitələri
© Sputnik / Zulfiyya Guluyeva
Bakı avtovağzalında - Sputnik Azərbaycan
5/5
Bakı avtovağzalında
1/5
Bakı avtovağzalında avtobus
2/5
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova
3/5
Bakı avtovağzalında
4/5
Bakı avtovağzalında dezenfeksiya vasitələri
5/5
Bakı avtovağzalında

Daha sonra jurnalistlər Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan hazırlıq işlərini izləyiblər.

Xəbər lenti
0