Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərbaycanda ilin ortasından iqtisadi artım bərpa olunacaq"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку.
Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
"Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb".

BAKI, 27 may — Sputnik. "Artıq Azərbaycanda COVID-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resessiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib: "Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və sair sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir.

Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb. Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb".

"Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətinin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır", - deyə o bildirib.

Xəbər lenti
0