BAKI, 26 may — Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci il iyunun 1-də dünyanın 51 ölkəsində qeyd olunub və cəmiyyətin diqqətini azyaşlıların ən aktual problemlərinə yönəltmək məqsədi daşıyır. Həmin gün 1949-cu ilin noyabr ayında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının sessiyasında qəbul edilmiş qərar əsasında təsis olunub.
Azərbaycanda 18 yaşınadək uşaqların sayı çoxdur, ölkənin ümumi əhalisinin 35%-ni azyaşlılar təşkil edir. Ancaq təəssüf ki, başqa ölkələrdə olduğu kimi, bizdə də bütün uşaqlar insan həyatının bu ən qayğısız dövrünü heç də xoşbəxt keçirmirlər.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, adətən, uşaqların problemləri, uşaq hüquqlarının müdafiəsi məsələləri gündəmə gəlir. Böyüklərin uşaq problemləri barədə nə fikirləşdikləri az-çox hamıya aydındır. Bəs uşaqların özlərinin bu barədə nə düşündüklərindən xəbərimiz varmı?
Bu sualın cavabını elə uşaqlarla bir yerdə aydınlaşdırmağa çalışacağıq.
– David Orucov – (məktəbəqədər)
– Səma İmanzadə (məktəbəqədər)
– Cahid İsgəndərzadə (məktəbəqədər)
– Toğrul Balıyev (1-ci sinif şagirdi)
– Əmir Cavad (1-ci sinif şagirdi)
– Daniyal Mustafayev (2-ci sinif şagirdi)
– Emil Orucov (2-ci sinif şagirdi)
– İnci İmanzadə (3-cü sinif şagirdi)
– Alsu Orucəliyeva (5-ci sinif şagirdi)
Mayın 31-i saat 11:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzinə gələrək böyüklərin qəliz və maraqlı suallarına cavab verəcəklər.
Bu sevimli balalara suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi