Sonda bəxti gətirən "bəxtsiz" kişi

© Sputnik / Lyudmila ButkevichМужчина отдыхает на диване
Мужчина отдыхает на диване - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Fuller qeyd edib ki, ilk növbədə ailədə nəqliyyat vasitələri ilə bağlı yaranmış vəziyyəti düzəldəcək.

BAKI, 26 may — Sputnik. ABŞ-ın Florida ştatının Ceksonvill şəhərinin sakini həyatında baş verən silsilə uğursuzluqlardan sonra lotereyada cekpotu udub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, az müddət ərzində əvvəlcə 38 yaşlı Körtis Fullerin yük maşını, iki gün sonra isə onun həyat yoldaşının avtomobili sıradan çıxıb. Fuller bu xoşagəlməz hadisələrdən sonra heç olmasa nədəsə bəxtinin gətirməli olduğunu düşünərək yaxınlıqdakı mağazadan ani lotereya bileti almaq qərarına gəlib.

Uğurlu bileti seçmiş amerikalı bir milyon məbləğində mükafatı udub.

Fuller qeyd edib ki, ilk növbədə ailədə nəqliyyat vasitələri ilə bağlı yaranmış vəziyyəti düzəldəcək.

"Yeni evdən əlavə mən həm də iki ədəd yeni avtomobil alacağam", - deyə o bildirib.

Bir müddət əvvəl ABŞ-ın Miçiqan ştatının Midlend şəhərinin sakininin daşqın nəticəsində bütün əmlakından məhrum olduğu, lakin sonra lotereyada böyük məbləğdə pul udduğu barədə xəbər yayılıb. Lotereya qalibi bildirib ki, adətən qiyməti 20 dollar olan lotereya biletlərini almır. Lakin bu dəfə dükana girən amerikalı ani lotereya biletlərinin satıldığını görüb və bəxtini sınamaq qərarına gəlib.

Xəbər lenti
0