CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəgörünməz əl Bakıda xəlvəti işlər çevirir? Sərnişinlər yolda qalıblar

© Sputnik / Fuad Hasanov Автомобильные пробки в Баку, фото из архива
Автомобильные пробки в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir

BAKI, 25 may — Sputnik. Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. M.Ağayev bildirib ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. "Azneft" dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə "butulka effekti" yaranıb. Bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

"Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir", - M.Ağayev bildirib.

Eləcə də oxuyun:

* Məktəblər açılıb, camaat yollarda qalıb - Abşeronun köhnə dərdi

* Bu gün Bakıda əksəriyyət işə gecikib

* Bakının bu küçələrində sıxlıq var

Xəbər lenti
0