CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlandı

© Sputnik / Murad Orujov Təcili yardım briqadası
 Təcili yardım briqadası - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
"Bu gün Azərbaycanda 850 mindən çox ikinci dozanı tamamlamış insanlar var. Azərbaycan dünyada nadir ölkələrin sırasındadır ki, əhalisinin sayına yetəcək qədər vaksin var. Hər birimizin seçim imkanı var".

BAKI, 25 may — Sputnik. "Azərbaycanda koronavirusa yoluxma faizi aşağı düşüb. Ölkəmizdə müsbət dinamika davam edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib. O bildirib ki, dünyada koronavirusa yoluxmuş insanların sayı 168 milyon, həyatını itirənlərin sayı 3 milyondan çoxdur:

"Yoluxmanın sayı azalsa da, ölüm hadisələri ilə rastlaşırıq. Dünən Azərbaycanda 7 nəfər koronavirusdan həyatını itirib. Bizim müsbət dinamikamız davam edir. Aprelin ortasından yoluxma 10 faizdən enib. Hazırda yoluxma faizi 3-dür. Amma yenə də qadınlar arasında yoluxma daha çoxdur".

Y.Qarayeva onu da bildirib ki, bütün respublika üzrə Bakı, Abşeron və Sumqayıtda yoluxma faizi daha çoxdur. TƏBİB rəsmisi bildirib ki, rayonlarda müsbət dinamika var. Bakıda Binəqədi və Xətaidə yoluxma daha çoxdur".

Y.Qarayeva vaksinasiya məsələsinə də toxunub. Bildirib ki, 18 yanvardan bu günə qədər 2 milyona yaxın ölkə vətəndaşı peyvənd olunub: "Bu gün Azərbaycanda 850 mindən çox ikinci dozanı tamamlamış insanlar var. Azərbaycan dünyada nadir ölkələrin sırasındadır ki, əhalisinin sayına yetəcək qədər vaksin var. Hər birimizin seçim imkanı var".

Eləcə də oxuyun:

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

* Şənbə-bazar ictimai nəqliyyatın aqibəti necə olacaq?

COVID pasportu olanlara Operativ Qərargah hansı üstünlükləri verir?

Xəbər lenti
0