Gürcüstanda zəlzələ olub

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidСтраны мира. Грузия
Страны мира. Грузия - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzinin saytında yer alan xəbərə görə, zəlzələ bu ölkənin Tianeti rayon mərkəzindən 32 kilometr şimalda, Tbilisidən 80,2 kilometr aralıda baş verib. Zəlzələnin gücü 4,9 balla qiymətləndirilib.

BAKI, 25 may — Sputnik. Gürcüstanda zəlzələ baş verib. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb. Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzinin saytında yer alan xəbərə görə, zəlzələ bu ölkənin Tianeti rayon mərkəzindən 32 kilometr şimalda, Tbilisidən 80,2 kilometr aralıda baş verib. Zəlzələnin gücü 4,9 balla qiymətləndirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 10:27-də qeydə alınıb. Zəlzələnin episentri isə 24 kilometr dərinlikdə olub.

Təlafat və dağıntılar barədə məlumat verilmir.

Sputnik Ermənistan xəbər verib ki, yeraltı təkanlar Ermənistanın şimal bölgəsində də hiss edilib.

Qeyd edək ki, Gürcüstan orta seysmik aktivliyə malik ölkə hesab olunur. Bu ölkədə ən güclü yeraltı təkanlar 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində qeydə alınıb. Zəlzələnin mərkəzindəki intensivlik 9 bal gücündə olub. Güclü yeraltı təkanlar 200 nəfərin ölümünə, 46000 evin və 1000 sənaye obyektinin dağılmasına səbəb olub.

Xəbər lenti
0