CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların hüquqlarının müdafiəsi: Azərbaycanda vəziyyət necədir

© AFP 2024 / JAIME REINAРебенок с отцом, фото из архива
Ребенок с отцом, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci il iyunun 1-də dünyanın 51 ölkəsində qeyd olunub və cəmiyyətin diqqətini azyaşlıların ən aktual problemlərinə yönəltmək məqsədi daşıyır.

 

BAKI, 25 may — Sputnik. İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Həmin gün 1949-cu ilin noyabr ayında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının sessiyasında qəbul edilmiş qərar əsasında təsis olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci il iyunun 1-də dünyanın 51 ölkəsində qeyd olunub və cəmiyyətin diqqətini azyaşlıların ən aktual problemlərinə yönəltmək məqsədi daşıyır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda uşaq hüquqlarının pozulması əksər hallarda zehni və fiziki zorakılıq, təhsil almaq hüquqlarının pozulması ilə müşayiət olunur. Məsələn, uşaqlar evdə oturub kiçik bacı və qardaşlarına dayəlik etmək məcburiyyətində qalırlar. Eləcə də ən aktual problemlərdən biri, 16 yaşınadək uşaqların işləməyə məcbur edildiyi uşaq əməyinin istismarı məsələsidir. Beləliklə, onlar dərslərdən yayınmalı olurlar.

Azərbaycanda uşaq hüquqlarının necə qorunduğu və mövcud problemləri həll etmək üçün milli səviyyədə hansı tədbirlərin görülməli olduğu barədə mayın 27-si, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Eləcə də oxuyun:

* Azərbaycanda zorakılıq qurbanları üçün rəsmi sığınacaq yoxdur - Komitə rəsmisi

* Baş prokurorluq anası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı məlumat yaydı

* Dörd səfil uşaqla bağlı iş aparılır - Komitə rəsmisi

 

Xəbər lenti
0