BAKI, 24 may — Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik "Avroviziya 2021" mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə təşəkkürünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında qeyd edib:
Thank you Azerbaijan ❤️
— George Deek (@GeorgeDeek) May 23, 2021
Yesterday at the #Eurovision2021, the people of #Azerbaijan have shown their friendship with #Israel, and gave it a #douzepoints 12 points! That’s more than any other country has given us.
We are truly touched 🙏
çox sağ ol! 🇦🇿🇮🇱#Eurovision pic.twitter.com/a0JnaZ7AvV
"Təşəkkürlər, Azərbaycan! Dünən keçirilən "Avroviziya 2021"-də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.
Çox sağ olun!"
Xatırladaq ki, Azərbvaycan əhalisi "Avroviziya"ya keçirilən SMS səsverməsi zamanı ən yüksək xalı İsrail təmsilçisinə verib. Münsiflərin seçimi isə fərqli olub. Nəticədə Azərbaycandan ən yüksək xal (12) Rusiya təmsilçisinə gedib.