CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut üzrə avtobuslar kart sisteminə keçir

© Baku Transport AgencyПлатежный терминал в автобусе, фото из архива
Платежный терминал в автобусе, фото из архива  - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

BAKI, 24 may — Sputnik. Mayın 25-dən 184 nömrəli marşrut xətti ( "Ulduz" m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xəbər lenti
0