Qazaxda yerləşən at bazarına nəinki Qazaxdan, eləcə də ətraf rayonlardan satıcılar və alıcılar gəlirlər. Yaxşı atın daha tez satılacağını bilən alıcılar da gün çıxar-çıxmaz bazara axın edir. Yaz fəsli olduğundan atlara da tələbat çoxalıb.
Bölgədə atlardan cıdır ilə yanaşı, kənd təsərrüfatında, əkin-biçində də istifadə edirlər. Almağı qərarlaşdırdıqdan sonra isə onu mütləq çapıb yoxlayırlar.
Çünki necə yeriməsini, yorulmasını, xasiyyətini əsasən çapıb müəyyən edirlər. Bəzən bu işləri bazarda xüsusi adamlar görür.