BAKI, 24 may — Sputnik. Hava limanı-Bilgəh yolunda "Shacman" markalı yük maşını ilə "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.