BAKI, 24 may — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, Londonun "ICE" birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 67,09 dollar, Nyu-Yorkun "NYMEX" birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 64,20 dollar olub.
Ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 67,58 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,67 dollar və ya 1% azdır.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.