CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda çimərliklərdə monitorinqlərə başlandı

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Hər il monitorinqin nəticələri açıqlanarkən bəzi çimərliklərdə çimməyin qadağan olduğu bildirilsə də, buna məhəl qoyan olmur.

 

BAKI, 23 may — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda çimərliklərdə monitorinqlərə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Z.Kazımov bildirib ki, hazırda Abşeron yarımadasında olan bütün çimərliklər monitorinqə cəlb olunub. Şöbə müdiri bildirib ki, monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir:

"Məqsəd dəniz suyunda mədə-bağırsaq xəstəliklərinin törədilməsinə səbəb olan bağırsaq çöplərinin normadan artıq olub-olmamasını müəyyən etməkdir. Monitorinqlərin nəticəsi isə çimərlik mövsümü başlayana qədər yəni, 2 həftə ərzində elan ediləcək", - deyə Z.Kazımov bildirib.

Z.Kazımov bildirib ki, analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. O bildirib ki, monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır.

Qeyd edək ki, hər il monitorinqin nəticələri açıqlanarkən bəzi çimərliklərdə çimməyin qadağan olduğu bildirilsə də, buna məhəl qoyan olmur. Z.Kazımov deyir ki, qadağan olunan çimərliklərdən həm vətəndaşların istifadə etməməsi, həmçinin orada obyektlərin fəaliyyət göstərməməsinə nəzarət hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Eləcə də oxuyun: 

* Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik

* Bakıda çimərliklər yay mövsümünə hazırdır

* Bu mövsüm "Duzlu göl"də çimməyə icazə veriləcək? Rəsmi açıqlama

 

Xəbər lenti
0