CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək

© Baku Transport AgencyПлатежная карта BakıKart, фото из архива
Платежная карта BakıKart, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Xatırladaq ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

BAKI, 23 may - Sputnik. Mayın 24-dən 113 nömrəli marşrut xətti ( “Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Xəbər lenti
0