CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektron qolbaqlı məhkum narkotik satmağa davam edib

© AP Photo / Wilfredo LeeElektron bilərzik, arxiv şəkli
Elektron bilərzik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib.

BAKI, 22 may — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Növbəti əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, Yeni Günəşli, eləcə də rayonun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər tutulub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, tədbir zamanı paytaxt sakinləri Əli Şahrzayev Allahverdi Allahverdiyev saxlanılıblar. Onların üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər. Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q.Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq Q.Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli "Tramadol" həbi aşkar olunaraq götürülüb.

Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Eləcə də oxuyun:

* DİN Sputnik Azərbaycan-da dərc olunan yazı ilə bağlı araşdırma apardı, faktlar təsdiqləndi

* Lənkəranda evlərdən oğurluq edən narkoman saxlanılıb

* Sərhəddə insident: əsgərimizi bıçaqla yaralamaq istədi - FOTO

Xəbər lenti
0