CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kişini başından ilan sacdı - Vəziyyəti ağırdır

© AP Photo / Robert F. BukatyЗмея, фото из архива
Змея, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Onun sözlərinə görə, mərkəzi rayon xəstəxanalarına, təcili yardım mərkəzlərinə, kənd tibb məntəqələrinə zərdablar paylanılıb.

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda bir nəfəri başından ilan sancıb. Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov verib. O bildirib ki, həmin şəxsin vəziyyəti ağır olaraq qalır:

"Biz çalışırıq ki, həmin şəxsi vəziyyətdən çıxardaq. Amma nəzərə almaq lazımdır ki, üz və baş nayihələrindən ilan sancma hallarında xəstənin vəziyyəti ağır olur. Ona görə də belə hallarda xəstəyə təcili yardım göstərilməlidir. Baş-üz nayihəsi olmasa, ilansancma zamanı xəstəyə zərdab vurulması üçün bir saata qədər vaxt olur".

Şöbə müdiri deyib ki, başından ilan sancan şəxs Qəbələ rayon sakinidir: "Həmin şəxs 50 yaşlarında bir kişidir. Darvazanın üstündən gürzə ilanı onun başına düşərək sancıb".

A.Maqsudov bildirib ki, bölgələrə yay mövsümü ilə bağlı zərdab göndərilib. Onun sözlərinə görə, mərkəzi rayon xəstəxanalarına, təcili yardım mərkəzlərinə, kənd tibb məntəqələrinə zərdablar paylanılıb.

Eləcə də oxuyun:

*Qazaxda nadir hadisə: Arıçı arı sancmasından keçinib

 

Xəbər lenti
0