Türk vampirin qan donduran etirafları: ilk dəfə dostumun qanının dadına baxdım

© AFP 2024 / YASIN AKGULКарета скорой помощи в Турции, фото из архива
Карета скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Həkim-psixiatr İlknur Kiraz Avcı ilə professor Çiçək Hocaoğlunun türk vampirlə bağlı araşdırmaları beynəlxalq tibb aləmində böyük səs-küy yaradıb.

BAKI, 23 may — Sputnik. Türkiyədə yeni vampirlik hadisəsi ortaya çıxıb. 19 yaşlı türk gəncin həkimlərə verdiyi açıqlamalar qorxu filmlərindəki səhnələri yada salıb. "Milliyet" qəzetinin xəbərinə görə, həkim-psixiatr İlknur Kiraz Avcı və professor Çiçək Hocaoğlunun türk vampirlə bağlı araşdırmaları beynəlxalq tibb aləmində böyük səs-küy yaradıb. Özünə zərər verməyə çalışan, adı açıqlanmayan 19 yaşlı gənc ilk türk vampir kimi tibb tarixinə düşüb.

Pasiyentin yaxınları yuxarı sinif şagirdi olan vampir oğlanın insanlara güvənməkdə çətinlik çəkdiyini, başqalarına zərər verməmək üçün qələbəlikdən qaçdığını bildiriblər. Onun davranışlarından təşvişə düşən qohumları oğlanı yuxarıda adları çəkilən psixiatrların yanına gətiriblər.

Gənc oğlan həkimlərlə söhbətində ilk dəfə 13 yaşında ikən ayağı qanayan bir dostunun qanının dadına baxdığını etiraf edib.

"İçimdə iki insan var: biri yaxşı, o biri pis. Birincisi sakit və xeyirxah, ikincisi isə əsəbi və insanlara zərər verməyə meyillidir", – deyə gənc bildirib.

Uşaq vaxtı tez-tez xəstələndiyini, daha çox qarnının və boğazının ağrıdığını deyən oğlan valideynlərinin ona qarşı laqeyd münasibət bəslədiklərini də vurğulayıb.

O ibtidai sinifdə oxuduğu vaxt dostunun olmadığını və sinif yoldaşlarının ondan qorxduqlarını da bildirib.

Həkimlər qeyd ediblər ki, vampir xüsusiyyətləri nümayiş etdirən gənclə üç ay ərzində həftədə bir dəfə olmaqla görüşüblər. Ona dərman müalicəsi tətbiq olunandan sonra son bir ayda qan içməyə meyilliliyinin azaldığı müşahidə olunub.

Xəbər lenti
0