Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST dünyada koronovirusdan həlak olmuşların həqiqi sayını açıqlayıb

© REUTERS / DANISH SIDDIQUIПохороны человека, умершего от короновируса, фото из архива
Похороны человека, умершего от короновируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
ÜST-nin məlumatlarına görə, 2020-ci ilin yanvarın 30-dan dekabrın 31-dək dünyada təqribən 1,8 milyon nəfər koronovirusdan dünyasını dəyişib. Lakin hətta ilkin qiymətləndirmələrə görə də ötən il virusun təsirindən ölənlərin sayı ən azı 3 milyondur.

BAKI, 21 may — Sputnik. Dünyada koronovirusdan dünyasını dəyişmiş insanların sayı 6-8 milyon arasında dəyişə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş direktorunun köməkçisi Samira Asma deyib.

Asmanın sözlərinə görə, hazırda pandemiya genişlənməkdə davam edir və 6-8 milyon insanın həlak olduğunu "əminliklə, lakin bəzi əlavələrlə" demək olar.

Qeyd edək ki, ÜST-nin məlumatlarına görə, 2020-ci ilin yanvarın 30-dan dekabrın 31-dək dünyada 1 813 188 nəfər koronovirusdan dünyasını dəyişib. Lakin hətta ilkin qiymətləndirmələrə görə də ötən il virusun təsirindən ölənlərin sayı ən azı 3 milyon nəfər olub.

Məlumatda qeyd olunur ki, bəzi hallarda koronovirus ölümün birbaşa səbəbi olmasa da, ona təsiri güclü olub.

Bir müddət əvvəl ÜST rəsmiləri COVID-19-un nəticələrinin vəba və ya çiçək xəstəliyinin nəticələrinə bənzəməyəcəyini bildirib və əlavə ediblər ki, hazırda alimlər virusun orqanizmə təsirini və xroniki xəstəlikləri ağırlaşdırması hallarını tədqiq edirlər.

Xəbər lenti
0