AZAL-dan fırıldaqçılarla bağlı xəbərdarlıq

© Sputnik / Murad Orujov / Mediabanka keçidВестибюль Международного аэропорта имени Гейдара Алиева в Баку
Вестибюль Международного аэропорта имени Гейдара Алиева в Баку - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
AZAL QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

BAKI, 21 may — Sputnik. Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub. Sputnik Azərbaycan-a bu barədə AZAL-dan daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar. Qeyd etməliyik ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. "Azərbaycan Hava Yolları" ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır. AZAL QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər lenti
0