Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Bunu etməyə çalışanların dişini elə tökərik ki..."

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
"Hətta Yaponiya kimi ölkələr belə milli müdafiəyə Rusiyadan daha çox pul xərcləyirlər, hərçənd, onların konstitusiyasına görə, heç orduları da olmamalıdır".

BAKI, 20 may — Sputnik. Rusiya öz ərazisinə təcavüz cəhdlərinə sərt şəkildə cavab verəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Qələbə" Təşkilat Komitəsinin iclasında bəyan edib.

"Hamı bizi "dişləməyə", ya da bizdən nəsə qoparmağa çalışır, ancaq bunu etməyə hazırlaşanlar bilməlidirlər ki, onların dişini elə tökərik, bir daha heç kimi dişləyə bilməsinlər", - deyə Putin vurğulayıb.

Bununla belə, prezident Rusiyanın iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getməyəcəyini bildirib. O, xatırladıb ki, bu il müdafiə xərclərinə üç trilyon rubl və ya mövcud məzənnə ilə 42 milyard dollar ayrılıb. Halbuki ABŞ-ın hərbi xərcləri 770 milyarddan çoxdur.

"Mütləq ifadədə Rusiya haradasa ilk onluqdadır, özü də ilk onluğun son sıralarında. Hətta Yaponiya kimi ölkələr belə milli müdafiəyə Rusiyadan daha çox pul xərcləyirlər. Hərçənd, onların konstitusiyasına görə, heç orduları da olmamalıdır", – deyə dövlət başçısı əlavə edib.

Putin qeyd edib ki, Rusiyanın gücləndiyini görən rəqibləri dərhal bu inkişafı məhdudlaşdırmaq üçün bəhanə axtarmağa başlayırlar.

Eləcə də oxuyun:
* İki nəhəngin qarşılaşması: Moskva amerikalılar üçün nə hazırlayıb?

* Putin və Əliyev Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər

* Rusiya ABŞ-a qarşılıqlı surətdə qadağaları ləğv etməyi təklif edib

Xəbər lenti
0