BAKI, 20 may — Sputnik. Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.