Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.Əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Həmçinin oxuyun:
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalanıb
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub