BAKI, 19 may — Sputnik. "Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb".
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.
Eləcə də oxuyun:
* Azərbaycan aviasəyahətləri asanlaşdırmağa çalışır - VİDEO
* Rusiyada COVID-19-un aşkar edilməsi üçün mobil tətbiq işə salınıb