Dövlət Agentliyinin adından sui-istifadə edən sürücülərə xəbərdarlıq

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı. Arxiv şəkli
Bakıda avtomobil tıxacı. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər"

BAKI, 19 may — Sputnik. Son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizimləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus loqo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, bu, haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir: "Ona görə də, qurumun adından sui-istifadə edən, hüquqazidd əməli törədən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər".

Xəbər lenti
0