BAKI, 19 may - Sputnik. Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına iki günlük rəsmi səfəri başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.
Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.
© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAzərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib
© Sputnik / Ilya Pitalev
/ Əli Əsədovun səfəri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Bakıya səfəri zamanı planlaşdırılıb.
Azərbaycanın Baş Naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və hökumət üzvləri ilə görüşəcək.