Hesablama Palatası büdcənin icrasına dair qanun layihəsinə rəy verib

© Photo : REPORTAzərbaycan Respublikasının Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib.

BAKI, 19 may — Sputnik. Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq kollegiya iclası keçirilib.

Palatanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, kollegiya iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb, tövsiyələr verilib.

Kollegiyada "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Milli Məclisə təqdim olunması qərara alınıb.

Xəbər lenti
0