Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bir çox ölkədəki muzeylər uzun müddətdir bağlanmışdı. Eyni aqibət Parisdəki məşhur Qreven mum muzeyinin də başına gəlib. Lakin mayın 19-da muzey yenidən ziyarətçilər üçün qapılarını açacaq.
Qreven ən qədim muzeylərdən biridir. O, 1881-ci ildə Madam Tüssonun mum fiqurlar muzeyi əsasında qurulub. Muzeyin kolleksiyasında məşhur insanların və ya qondarma personajların təxminən 450-yə qədər mum fiquru var. Onların arasında kimlər yoxdur? Elvis Presli və Maykl Ceksondan tutmuş dünyanın tanınmış siyasi xadimləri, artistləri, müğənnilərinə qədər. Hətta orada bizə filmlərdən yaxşı tanış olan qalların Obeliksinə də rast gəlmək mümkündür.
Dünyaca məşhur olan şəxslərdən başqa burada Fransa və dünya tarixindəki məşhur məqamları, məsələn, Janna Darkın yandırılmasını və insanın Aya enməsini də görmək mümkündür.