Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalanıb

© AR Ministry of DefenceДелегацией во главе с Министром обороны Республики Беларусь генерал-лейтенантом Виктором Хрениным во время визита в Баку
Делегацией во главе с Министром обороны Республики Беларусь генерал-лейтенантом Виктором Хрениным во время визита в Баку - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

BAKI, 18 may — Sputnik. Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi imzalayıblar.

Həmçinin oxuyun:

Prezident Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

Belarusun müdafiə naziri: "Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir"

Xəbər lenti
0