BAKI, 18 may — Sputnik. Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur, bu səbəbdən də Azərbaycanda daha çox yuxarı səviyyəli hotellər inşa edilir.
Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov Sputnik Azərbaycan-a məlumat verib.
Onun sözlərinə görə, turizmə investisiyaların cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviq sənədi verilir.
"Bu sənədlərdə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu hotellərə tələbat çox olduğuna görə onlara üstünlük verilir", – deyə o bildirib.