"8 Noyabr" stansiyası ilə bağlı yayılan görüntü və səsə aydınlıq gətirildi

© Photo : TRENDСтанция метро "8 Ноября" в Баку
Станция метро 8 Ноября в Баку - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
"Bu yayılan video montajdır. Belə bir şey yoxdur. Səsdə kəsilmə də var. Stansiyada fon olaraq hansı ifanın səslənəcəyi də hələlik bəlli deyil".

Sputnik, Nigar İsgəndərova

BAKI, 18 may — Sputnik. Sosial şəbəkələrdə "8 Noyabr" stansiyasında çəkildiyi iddia edilən video yayılıb. Videoda  "8 Noyabr Stansiyası"nın adı səsləndirilir. Arxa fonda isə şəhid Xudayar Yusifzadənin səsləndirdiyi "Xudayar təsnifi" eşidilir. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu videonun real, bir qismi isə montaj olduğunu bildirir.

Bu yayılan videonun nə dərəcədə real, nə dərəcədə montaj olduğunu aydınlaşdırmağa çalışdıq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib: "Bu yayılan video montajdır. Belə bir şey yoxdur. Səsdə kəsilmə də var. Stansiyada fon olaraq hansı ifanın səslənəcəyi də hələlik bəlli deyil".

Qeyd edək ki, II Qarabağ müharibəsində qələbəmizin adını daşıyan "8 Noyabr" stansiyası üzrə təmir-tikinti işləri tamamlanmaq üzrədir. Ötən gün metropoliten rəsmisi B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, hazırda avadanlıqların quraşdırılması, sistemlərin bir-biri ilə əlaqəli sinxron işinin təmin olunması, işçi heyətinin hazır vəziyyətdə olması və s. kimi məsələlər həll olunur.

Xəbər lenti
0