CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə təhsil haqqı ilə bağlı şad xəbər

© AFP 2024 / STEPHANE DE SAKUTINСтуденты проверяют результаты, фото из архива
Студенты проверяют результаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib.

BAKI, 17 may — Sputnik. Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

Qeyd edək ki, Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, ölkə Prezidentinin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib.

2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb. "Qərarda edilən yeni dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur", - o deyib.

 

Eləcə də oxuyun:

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirildi

* Tələbələrin puluna susayan müəllim Baş Prokurorluqda cavab verəcək

Xəbər lenti
0