BAKI, 16 may — Sputnik. Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir. Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.
İyirmi dörd nəfərin valideyn olmaq arzusu baş tutmadı
23:29 16.05.2021 (Yenilənib: 23:53 16.11.2021)
© Sputnik / Zulfiyya GuluyevaUşaq bağçasından reportaj
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.