Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor Türkiyə prezidentinin təsdiqlədiyi sazişin əhəmiyyətini şərh edir

© SputnikRus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər
Elşad Məmmədov: “Bu saziş əməkdaşlığın dərinləşməsinə istiqamətlənib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və türkiyə arasında enerji sahəsində əməkdaşlıq indiyə qədər də intensiv şəkildə reallaşdırılırdı: “Saziş də bu əməkdaşlığın daha da dərinləşməsinə istiqamətlənib. Azərbaycan Türkiyədə ən böyük investorlardan biridir. Düşünürəm ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər. Çünki Azərbaycanın xammal, resurs, o cümlədən intellektual potensialıimkan verir ki, emal sənayesinə investisiya yatırılsın. Bu məsələlərin həlli ölkəmizin xarici siyasətində və Türkiyə ilə qarşılıqlı iqtisadi münasibətlərimizdə mühim rolu oynayır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0