İsrail beynəlxalq media qurumlarının yerləşdiyi binanı bombalayıb

© Sputnik / Ahmed Zakot / Mediabanka keçidПоследствия обстрелов сектора Газа, 15 мая 2021 года
Последствия обстрелов сектора Газа, 15 мая 2021 года - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
"Associated Press", "Al Jazeera", AFP, BBC və digər beynəlxalq media qurumlarının Qəzzadakı ofislərinin yerləşdiyi Əl-Cəla binasına havadan zərbələr endirilib.

BAKI, 15 may - Sputnik. İsrail Qəzzada beynəlxalq KİV-in yerləşdiyi ofis binasını bombalayıb.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki,"Associated Press", "Al Jazeera", AFP, BBC və digər beynəlxalq media qurumlarının Qəzzadakı ofislərinin yerləşdiyi Əl-Cəla binasına havadan zərbələr endirilib.

Hücumdan əvvəl İsrailin xəbərdalığı əsasında binadakı heyət təxliyyə olunub.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.

 

Xəbər lenti
0