Serj Sarqsyan: "Daha erməni xalqına yüksək dövlət postunda xidmət etməyəcəyəm"

© AFP 2022 / EMMANUEL DUNANDErmənistanın sabiq prezidenti Serj Sarqsyan
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
"Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı", - o, jurnalistlərə deyib.

BAKI, 15 may - Sputnik. Ermənistanın keçmiş prezidenti, müxalif Respublika partiyasının sədri Serj Sarqsyan növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə Report Rusiya mediasına istinadla məlumat yayıb. 

"Mən bildirdim ki, yüksək dövlət postuna daha iddia etmirəm. Adım (seçkiqabağı - red) siyahıda olmayacaq. Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı", - o, jurnalistlərə deyib.

Bununla belə, Serj Sarqsyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanla yeni seçki bloku yaradıb.
Həftənin əvvəllərində Ermənistan prezidenti Armen Sarkisyan iyunun 20-də ölkədə parlament seçkilərinin keçirilməsi haqqında fərmanı imzalayıb.

Xəbər lenti
0