Sabahdan Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
17 may tarixindən təhsil müəssisələrində əyani tədris formasının qismən bərpa ediləcəyini nəzərə alaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.

BAKI, 15 may — Sputnik. Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli müvafiq qərarına əsasən 12 may iş günü ilə 16 may istirahət gününün yerləri dəyişdirilib. Həmin qərarda da qeyd olunduğu kimi 16 may səhər saat 06:00-dan ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, 16 may səhər saat 06:00-dan etibarən müntəzəm və ekspres marşrut xətləri üzrə avtobusların sərnişinlərin xidmətində olması üçün bütün daşıyıcı şirkətlərə də tapşırıq verilib.

17 may tarixindən təhsil müəssisələrində əyani tədris formasının qismən bərpa ediləcəyini nəzərə alaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə edilir.

Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Övladlarını şəxsi nəqliyyat vasitələri ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür.

Xəbər lenti
0